“Barselona”nın forvardı Luis Suaresin Çempionlar Liqasının ½ finalının birinci oyununda “Liverpul”un qapısına vurduğu qol klub üçün turnirdə 500-cü olub.

“Report” “Squawka” nəşrinə istinadən xəbər verir ki, “göy-qırmızılar” bu nailiyyəti əldə edən ikinci komanda olublar.

Kataloniyalılardan əvvəl bu göstəricini “Real” klubu aşıb. Hazırda Madrid klubunun hesabında turrində vurulan 551 qol var. “Barselona” isə 502 qolla ikincidir.