Foto © arti49
Foto © arti49


Fərhad Çağtürk / AzEuroNews.com ➤  Belçikanın paytaxtı Brüsseldə bir orta məktəbin qarşısında 200-dən çox valideynin iştirakı ilə etiraz aksiyası keçirilib. AzEuroNews.com xəbər verir ki, buna səbəb 4 yaşında qızın məktəbdə cinsi istismara məruz qalması olub. 

Belə ki, məktəbdən evə dönən Afrika kökənli qızın anası alt paltarında qan ləkəsi görüb. Özünü pis hiss edən qız dərhal xəstəxanaya aparılıb. Polisə məlumat verilib. 

Foto © arti49

Xəstəxanadan bildirilib ki, cinsi əlaqə nəticəsində məktəbli qız infeksiyaya yoluxub.

Hadisədən xəbər tuta valideynlər isə, Josaphat küçəsində yerləşən məktəbin qarşısına yığışıblar. Onlar etiraz aksiyası keçirərək məktəbin qapadılmasını tələb ediblər. 

Brüssel polisindən verilən açıqlamaya görə isə, hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.