Çempionlar Liqasında türkiyəli hakim Cüneyt Çakıra yeni təyinat verilib.

Modern.az
 xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli hakim Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul” və “Barselona” komandaları arasında İngiltərədə keçiriləcək cavab matçını idarə edəcək. Cavab qarşılaşması mayın 7-də “Enfild Roud” stadionunda olacaq.
Qeyd edək ki, bu, Çakırın 2018-2019 mövsümündə ÇL oyunlarına aldığı 7-ci təyinatdır.