Mayın 3-də İstanbulda cümə namazı zamanı yeni Böyük Çamlıca məscidinin açılışı olacaq.

Trend-in məlumatına görə, bu, Türkiyədə ən böyük məscid olacaq və İstanbulun rəmzlərindən birinə çevriləcək.

Məscidin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Qeyd edək ki, eyni anda 63 min nəfərin namaz qıla biləcəyi məscidin tikintisi 6 il əvvəl başlayıb.