“PSJ” fransız futbol klubuna 1,5 milyard avroyadək pul qoyan Qətər hökuməti maliyyə dəstəyini azaldacaq.

“Qafqazinfo” rbc.ru-ya istinadən xəbər verir ki, buna səbəb kimi komandanın gözlənilən etimadı doğrultmaması göstərilir. Belə ki, ciddi maliyyə dəstəyinə baxmayaraq, “PSJ” son 8 ildə bir dəfə də olsun Çempionlar Liqasının finalına çıxmayıb. Devid Bekhem, Zlatan İbrahimoviç və Neymar kimi ulduzları almaqla brend yaratmaq yolundakı cəhdlər də uğursuzluqla nəticələnmiş və hər uğursuzluq mətbuatda kəskin tənqidlə üzləşib. Bu səbəbdən “PSJ” sahibləri klubun Avropada uğursuzluqlarına görə əmirliyin də davamlı olaraq məyusluq simvoluna çevrilməsindən narahatdır.

Qeyd edək ki, “PSJ”nin rəsmi sahibi “Qatar Sport İnvestments” (QSİ) fondu hesab edilir. Fondun rəhbəri Nasser Əl-Xələfidir.