Fərhad Çağtürk / AzEuroNews.com ➤  Almaniyanın paytaxtı Berlində keçən il doğulan uşaqlara ən çox hansı adların qoyulduğu məlum olub. AzEuroNews.com xəbər verir ki, Alman Dili Cəmiyyətinin (GfdS) araşdırmasına görə, paytaxt Berlində keçən il doğulan oğlan uşaqlarına ən çox Məhəmməd adı qoyulub. Belə ki, keçən il doğulan 22177 uşaqdan 280-i Məhəmməd adı ilə qeydiyyata alınıb.

İkinci sırada Louis, üçüncü sırada isə Emil adları qərarlaşıb. Belə ki, paytaxt Berlində keçən il yeni doğulan 244 uşağa Louis, 234 uşağa isə, Emil adı qoyulub. 

Məhəmməd adı Bremen şəhərində keçən il uşaqlara ən çox qoyulan adlar siyahısında ikinci olub.