Fərhad Çağtürk / AzEuroNews.com ➤  Almaniyanın Osnabrück şəhərində 1200 avroya saxta Xorvatiya şəxsiyyət, pasport və sürücülük vəsiqəsini alan şəxs saxlanılıb. AzEuroNews.com xəbər verir ki, Almaniya hüquq-mühafizə orqanları əməkdaşlarının bir tikintidə apardığı əməliyyat zamanı saxlanılan şəxs saxta sənədlərlə Almaniyada yaşayıb.

Saxlanılan şəxs haqqında cinayət işi açılaraq araşdırma aparıldığı qeyd edilib.

Saxlanılan şəxs ifadəsində bildirib ki, saxta sənədləri əldə etmək üçün müraciət etidiyi şəxslər ona pulu olmayacağı təqdirdə narkotik maddələri Xorvatiyadan Almaniyaya apararaq ödənişi bağalaya biləcəyini söyləyiblər. 

Amma o, buna razı olmayaraq pulu nağd ödəyib.