Foto © Scott Olson/Getty Images/Arxiv


Fərhad Çağtürk / AzEuroNews.com ➤ Almaniyanın Federal Daxili İşlər Nazirliyi ölkədə şiddət  və təxribat xarakterli hadisə törətmək hazırlığında olan nasistlərin (“Neonazi”) sayı ilə bağlı açıqlama verib.  AzEuroNews.com xəbər verir ki, nazirlik müxalifətdəki FDP-nin soğrusuna cavab olaraq bildirib ki, hüquq mühafizə orqanları ölkədə 24 min “Neonazi”nin olduğunu müəyyən edib.

 Nazirliyin açıqlamasında qeyd olunub ki, onlardan 12700-nün silahlı olduğu və hər an hansısa bir şiddət və ya təxribat xarakterli hadisə törətməyə hazır olduqları müəyyən edilib. 

FDP-dən olan deputat Konstantin Kuhle açıqlamasında bildirib ki, “Neonazi”lər internet və sosial şəbəkələrdə çox aktivdirlər.

“Onlar irqçi paylaşımlar edərək gəlmələrə qarşı kin və nifrətin yaranmasında çalışırlar. Mənə elə gəlir ki, bu şəxslərin internetdə fəaliyyətilərinə hüquqi qiymət vermək üçün yeni bir qanuna ehtiyac var”- deyə deputat K.Kuhle vurğulayıb. 

Məlumat üçün bildirək ki, “Neonazi”lər 1 May Zəhmətkeşlər Günü münasibəti ilə Plauen şəhərində yürüş keçiriblər. Yürüşdə iştirak edənlər əsasən irqçi “Üçüncü yol” təşkilatının üzvləri olublar.