Mihrican Mustafa
Mihrican Mustafa


Fərhad Çağtürk / AzEuroNews.com   İngiltərənin paytaxtı Londonda bir ildir yoxa çıxan və axtarışa verilən türk mühacir soyuducuda tapılıb.  AzEuroNews.com xəbər verir ki, 3 uşaq anası Türkiyə vətəndaşı Mihrican Mustafa Londonda narkotik alverçiləri tərəfində istifadə edilən bir evdəki soyuducuda iki hissəyə bölünmüş şəkildə tapılıb. 

Cinayətdə şübhəli bilinən bir şəxs polis tərəfindən saxlanılıb. 

Lodon polisindən verilən məlumata görə, hadisə ilə bağlı əvvəl həbs edilən 50 yaşındakı şəxs sərbəst buraxılıb. 34 yaşındakı Zarhid Younis isə, ‘ölmüş insanın cəsədini basdırmamaq’ ittihamı ilə Kinqston Kraliyyət Məhkəməsinə çıxarılacaq.