İsrail və Fələstin nümayəndələri Qəzza zolağının yəhudi hərbçiləri tərəfindən raket atəşinə tutulmasından sonra atəşkəsə dair razılaşma əldə ediblər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, saziş Misirin vasitəçiliyi ilə baş tutub.

Bildirilir ki, tərəflər “zorakılığa son qoymağa” razılaşıblar.

Bununla yanaşı HƏMAS nümayəndələri də bu məlumatı təsdiq ediblər.