“Çempionlar Liqası”nın yarımfinalının cavab matçında “Barselona” ilə qarşılaşacaq” Liverpul” 2ciddi itki ilə üzləşib.

Modern.az xəbər verir ki, hücumçu Roberto Firmino zədə səbəbindən bu vacib görüşü buraxacaq. Bunu komandanın baş məşqçisi Yurgen Klopp “Nyukasl”la oyundan sonra deyib. O, braziliyalı forvardın əzələsinin dartıldığını bildirib.

Digər bir zədəli isə misirli superulduz Məhəmməd Salahdır. Onun “Braselona”ya qarşı oynama ehtimalı çox az görünür. Salah “Nyukasl”la oyunda rəqib qolkiperle toqquşub və meydanı göz yaşları içində xərəkdə tərk etmişdi.

Qeyd edək ki, mayın 7-də keçiriləcək “Liverpul” – “Barselona” 23:00-da başlayacaq. Komandaların “Nou Kamp”da görüşü Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.