Foto © Weingarten/Deutschland pixabay.com
Foto © Weingarten/Deutschland pixabay.com


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniyanın Federal Polis Departamentinin rəhbəri deportasiyanın qarşısının alınmasına şərait yaradan pilotları tənqid edib. Bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat“ inteqrasiya mərkəzindən AzEuroNews.com-a məlumat daxil olub. Federal polisin məlumatlarına görə, ötən il ölkədə 500 nəfərdən çox deportasiya olunmalı olan şəxs pilotlar tərəfindən təyyarəyə buraxılmadığı üçün onlar haqqında deport qərarlarını icra etmək mümkün olmayıb. Federal Polis Təşkilatının prezidenti Dieter Roman pilotların bu davranışını qəti şəkildə tənqid edib. Onun sözlərinə görə, pilotların belə qərarları vəzifəli şəxslərin qərarlarının icrasına mane olur. O bildirib ki, Federal polisin qərarları pilotlar tərəfindən sözsüz icra olunmalıdır. Təyyarə yerdə olanda deyil, havaya qalxdıqdan sonra pilot insanlarda təhlükəsizliyə görə məsuliyyət daşıyır.

Baş polis bildirib ki, “Aviasiya Təhlükəsizliyi haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndini əsas götürərək, havaya qalxmayan təyyarələrin pilotları da bu qərarları icra etməlidirlər.

Məlumat üçün bildirək ki, pilotlar narahatlıq yaradacaq olan sərnişinləri bəzi hallarda təyyarəyə buraxmırlar ki, bu da Almaniyadan deportasiya olunmalı olan şəxslərin Almaniyada Duldunqla yaşamasına şərait yaradır.