İstanbulda bələdiyyə seçkiləri yenidən keçiriləcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərarı Ali Seçki Komissiyası (YSK) açıqlayıb. YSK İstanbul Böyükşəhər bələdiyyə sədri seçkisinin ləğvinə və yenidən keçirilməsinə qərar verib.

AKP-nin YSK təmsilçisi Tvitter səhifəsində də bu barədə paylaşım edib: “İstanbul seçkiləri yenilənir, xeyirli olsun”.

Seçkilər iyunun 23-də keçiriləcək. 

Qərarın elanından sonra CHP Kamal Kılıçdaroğlunun rəhbərliyi altında təcili toplanıb. 

Qeyd edək ki, martın 31-də keçirilən seçkilərdə CHP namizədi Əkrəm İmamoğlu 48,79% səslə İstanbul bələdiyyəsinin rəhbəri seçilmişdi. Hakim Ədalət və İnkişaf Partiyası isə nəticələrə etirazını bildirmişdi. YSK bu gün keçirilən iclasında AKP-nin etirazını qəbul edərək təkrar seçkilər təyin edib.