Simvol foto © Rick Bowmer/AP

Fərhad Çağtürk / AzEuroNews.com ➤ Almaniya immiqrantların çoxarvadlılığına qadağan edən normaları qanundan çıxarmağı panlaşdırır. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, arvadlarının sayının çoxluğu artıq əcnəbilərin alman cəmiyyətinə uğurla inteqrasiyasına maneə törətməyəcək. Hər halda Almaniyanın Daxili İşlər Nazirliyi belə hesab edir. 

“Məlumat verdiyimiz kimi bu yaxınlarda vətəndaşlıq haqqında qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlanıb. Həmin dəyişiklikdə dini nikahda olanlara vətəndaşlığın verilməsini qadağan edən normanın çıxarılması nəzərdə tutulub. Vətəndaşlıq haqqında qanun layihəsi 2019-cu ilin aprelində qəbul edilib. Yeri gəlmişkən, bu həmin layihədir ki, adı “İslam dövləti” kimi təqdim olunan birləşmənin tərəfində döyüşən və ya onun ordusuna qoşulmaq istəyən şəxslərin vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tuturdu. Bu layihə əsasən, ikili vətəndaşlığı olan və ikinci pasportundan imtina etmək istəməyənlərə aiddir. Lakin göründüyü kimi, məsələ Ədliyyə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında mübahisəyə səbəb olub”-deyə “Leqat”dan bildirilib.

Ədliyyə naziri Katarina Barley bildirib ki, “hüquqi dövlətdə kəbinlə yaşayan insanların alman cəmiyyətinə inteqrayası məsələsi olmayacaq”.

Katarina Barley
Katarina Barley


Lakin bu fikir CDU parlament fraksiyasının rəsmi nümayəndəsi Matias Middelberq tərəfindən “tamamilə anlaşılmaz və qəbuledilməz” adlandıraraq qəti dəstəklənməyib. O, həmkarlarından da dəstək alıb.


Daxili İşlər Nazirliyində müzakirələr zamanı Ədliyyə Nazirliyinin münasibəti təqdir olunmayıb. Müzakirə zamanı Horst Seehofer bu bəndin hüquqi çərçivəyə daxil edilməsini zəruri hesab etsə də, vətəndaşlıq haqqında qanuna deyil, başqa bir qanuna daxil ediləcəyini bildirib. Siyasətçi hansı qanunu nəzərdə tutması məsələsinə aydınlıq gətirən zaman müəyyən olunub ki, söhbət mövcud qanundan deyil, yeni bir qanun layihəsindən gedir. Seehoferin sözlərinə görə, layihə bu ilin payızından gec olmayaraq hazır olacaq, sonra isə baxılmaq üçün Nazirlər Kabinetinə göndəriləcək.

Horst Seehofer / Foto © CSU
Horst Seehofer / Foto © CSU


Maraqlı bir məqam: miqrasiya xidmətlərinin poliqamistləri necə hesablayacağının qaydası da mövcud deyil. Eyni zamanda Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) çoxarvadlıların statistikası haqqında heç bir məlumat yoxdur. 
Bundan başqa, Alman məhkəmlərinin bu məsələyə münasibəti də çox qeyri-müəyyəndir. Əlbəttə, Cinayət Məcəlləsi iki nigahı qadağan edir. Amma hər zamankı kimi burada da bir şərt mövcuddur. Həmin şərt əvvəlki nikahdan boşanmadan Almaniyada evlənənlərə şamil olunmaqla bağlıdır. Xaricdəki nikaha daxil olma faktına görə məsuliyyət müəyyən olunmayıb. Eyni zamanda ikinci dəfə evlənənlər Alman qanunları ilə deyil, dini qaydalarla nikaha daxil olurlar ki, buna görə də məsuliyyət müəyyən olunmayıb.