Artıq Bakıdan Ankaraya qatarla səyahət etmək mümkün olacaq.

“Ölkə.Az” xəbər verir ki, Türkiyə Dəmiryolları idarəsinin rəsmi internet səhifəsində bu barədə məlumat dərc edilib.

Xəbərə əsasən, Bakıdan Ankaraya qatarla səfərin 38 saat olduğu deyilsə də, müddətin 40 saatdan çox olduğu məlum olub. Hazırda bu müddətin azaldılması üzərində iş gedir.

Biletin qiymətinə gəldikdə isə saytda 350-800 lirə göstərilib. Bu isə 97-200 manat təşkil edir. Qiymətin dəyişikliyinə səbəb isə vaqonlara görə dəyişməsidir.

Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.

Avqust ayında fəaliyyətə başlayacaq qatarda yemək xidməti  Azərbaycan Dəmiryolları tərəfindən təşkil olunacaq.

Qatar avqustda fəaliyyətə başlayacaq.