Foto: Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com ➤ Almaniyada qaçqınlar üçün pilot inteqrasiya layihəsi başlayır. Bu layihənin məqsədi qaçqın statusu alan və qorunma ehtiyacı olanlara mənzil, məktəb və iş tapmaq üçün nümayəndələr (mentorlarla) ayırmaqla kömək etməkdən ibarətdir. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki,
Berlində inteqrasiya məsələləri üzrə federal hökumətin komissarı Annette Widmann-Mauzun “Team in New Start” proqramına (“Neustart im Team”, NesT) məlumat verib. Yeni proqrama görə ayrılmış nümayəndələr mənzil, məktəblər, peşə təhsili və iş yerləri axtarmağa qaçqınlara kömək edəcək. Mütəxəsislər hesab edir ki, bu layihə qaçqınların Almaniyaya sürətli inteqrasiyasına kömək edəcək. İlk qaçqınların bu layihəyə gələn ilin yayında qəbul olacağı ehtimal edilir. 

İlk olaraq bu proqrama cəmi 500 şəxs qatılacaq.