Çempionlar Liqasının ardından  Avropa Liqsında da finalçılar məlum olub.

“Barselona”nı səddini möcüzəvi şəkildə keçib finala çıxan “Liverpul” ilə “Ayaks”ı son saniyə qolu ilə keçən “Tottenhem” Çempionlar Liqasında final oynayacaq.

Modern.az xəbər verir ki, Avropa Liqasında “Çelsi” “Ayntraxt”ı penalti seriyalarında məğlub edib finala çıxıb. “Arasenal” isə iki oyunda da “Valensia”nı məğlub edib finalda “Çelsi”nin rəqibi olub. Beləliklə də iki kubokun finalçılarının hamısı İngiltərədən oldu.

Qeyd edək ki, Avropa kubokları tarixindı ilk dəfə Çempionlar Liqası və Avropa Liqası”finalçılarının hamısı eyni ölkədən oldu.