Bir neçə müddətdir fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz  daşıya bilər.

Bunu Modern.az-a Bakı Beynəlxalq Avtovağzalının mətbuat katibi Pərvin Məmmədova bildirib.

P.Məmədova sərnişinlərdən xahiş edib ki, arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün yerinə qoysunlar:

“Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər. Bir daha qeyd edim ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir”.