Türkiyə prezidentinin administrasiyasının kommunikasiyalar üzrə departamentinin rəhbəri Fəxrəttin Altun ölkəsinin Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsi barədə məlumatları təkzib edib.

Trend-in məlumatına görə, bu F.Altun bu barədə öz “Twitter” səhifəsində yazıb.

F.Altun bildirib: “Sizin mənbələr səhvdir. Məlumatı məndən alın: S-400-ün alınamsı prosesi yekunlaşıb”.

Qeyd edək ki, daha əvvəl “Bild” nəşri mənbələrə istinadən bildirib ki, lirənin məzənnəsinin düşməsi və ABŞ sanksiyalarının tətbiqi təhlükəsini nəzərə alaraq Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina edib.