“Barselona”nın mövsüm sonunda satmaq istədiyi İvan Rakitiçin rəsmi agenti transfer açıqlaması verib.

Modern.az xəbər verir ki, İspaniyanın “Mundo Deportivo” qəzetində yer alan xəbərə görə “İnter” Rakitiç üçün 50 milyon avro ödəməyə hazırdır və “Barsa”da bu təklifə müsbət baxır.

Transfer haqqında İtaliya mətbuatına danışan agent Dejan, “Rakitiç klubda cox xoşbəxtdir, çünki “Barselona” dünyanın ən böyük klublarından biridir. İvanda bu klubun bir hissəsi olmaqdan xoşbəxtdır, amma gələcəkdə nələr olacağını indidən bilmək olmaz”.

Qeyd edək ki, 2014-ci ildə “Sevilya”dan 18 milyon avroya transfer olan 31 yaşındakı xorvatiyalı bu mövsüm 51 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə verib.