Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com ➤  Almaniyadan gedən miqrantlar və ya digər Avropa Birliyi (AB)  ölkələrində yaşayan almanların sayı bilinib. Bu barədə  AzEuroNews.com -a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib.  

2018-ci ildən təxminən 900 min Almaniya vətəndaşı AB-nin digər ölkələrində yaşayır . Almaniyadan olan miqrantlar üçün ən populyar ölkə Avstriyadır. 2018-ci ildə qonşu respublikada təxminən 187 min Almaniya vətəndaşı qeydiyyatda olub.

Avstriyaya köçən Almaniya vətəndaşlarının sayı hər il artmaqda davam edir. 2017 ilə müqayisədə 2018-ci ildə bu ölkədə almanların sayı 3% və ya 5 min nəfər artıb. Avstriyanın Almaniyadan olan immiqrantlar arasında populyarlığının səbəbi məsafə yaxınlığı və dil bariyerinin olmamağıdır.

Almanlar arasında populyarlığın saxlayan ikinci ölkə isə 2018-ci ildə Birləşmiş Krallıq olub. Bu ölkədə hazırda 156 min Almaniya vətəndaşının yaşadığı qeyd olunur. Böyük Britaniya AB-dən çıxacaqsa bu halda orada yaşayan Almaniya vətəndaşlarının statusu da dəyişdirilməlidir. 2017-ci ilə nisbətən, orada yaşayan almanların sayı təxminən 8 min (+ 6%) artıb.

Alman vətəndaşlarının köç etdiyi üçüncü ölkə İspaniyadır. Lakin son illərdə bu ölkənin almaniyalı miqrantlar arasında populyarlığı azalıb. 2018-ci ildə İspaniyada təxminən 139 min Almaniya vətəndaşı yaşamaq üçün qeydiyyatda olub ki, bu da 2017-ci ilə görə təxminən 2 min nəfər az deməkdır.

Avropa Birliyi vətəndaşları Avropa İttifaqı daxilində öz yaşayış yerlərini seçməkdə sərbəstdirlər. Bu hüquqdan istifadə edənlərin sayı isə artmaqda davam edir. Daha cox yaşayış yerini dəyişənlər rumunlardır. 2018-ci ildə Rumıniya vətəndaşlığı olanlar təxminən 3,4 milyonu AB ölkələrində yaşayıb. İkinci yerdə isə 2,6 milyon nəfərlə Polşa gəlir. İtaliyalılar 1,6 milyon nəfərlə üçüncü, Portuqaliya isə 1, 2 milyon nəfərlə dördüncü yerdədir. AB ölkələrində 900 min vətəndaşı miqrant kimi yaşayan Almaniya isə beşinci yerdədir. Ümir edək ki, Azərbaycan da xaricdə məskunlaşan vətəndaşları haqqında nə vaxtsa dəqiq məlumata malik olmağa meyl göstərəcək.