Ukraynanın paytaxtı Kiyevdə Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin anadan olmasının 96 illiyinə həsr olunan etno-caz festivalı keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin və Kiyev şəhər Dövlət Administrasiyasının təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan və Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Ukrayna Xarici İşlər Nazirliyinin, meriyanın rəsmiləri, Ukrayna Ali Radasının deputatları, xarici diplomatik korpus rəhbərləri, yerli media nümayəndələri və şəhər sakinləri iştirak ediblər.