Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com


Fərhad Çağtürk / AzEuroNews.com ➤Almaniyada uşaqları oruc tutmağa məcbur edən valideynləri cəzalandırılacaq. AzEuroNews.com xəbər verir ki, Hessen əyalətinin daxili işlər naziri Eva Kühne-Hörmann qanun layihəsinin hazırlanıb əyalət parlamentinə təqdim edilməsi təklifi ilə çıxış edib. 

Nazir bildirib ki, ailələri və digər üçüncü şəxslər tərəfindən oruc tutmağa məcbur edilən məktəblilərin dərsə davamiyyəti azalır, nəticələri aşağı düşür. 

Nazir bildirib ki, bu il 10-cu sinif və Abitur imtahanları orucluq vaxtına təsadüf etdiyindən şagirdlərin nəticələri yaxşı olmayacaq.