Çinin şərqindəki Tianjin şəhərində Çinin Sinqapurla birgə yaratdığı ekoşəhərcikdə 3 ədəd özüyeriyən avtobus istifadəyə verilib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, “Deep Blue” şirkəti tərəfindən yaradılan 12 metr uzunluğunda avtobusların III Dünya Təhlükəsizlik Konfransı müddətində istifadə edildikdən sonra Binhai adlı yeni ərazidə kommersiya məqsədilə işlədiləcəyi gözlənilir.

Elektrik mühərriki ilə çalışan avtobusların yolda başqa nəqliyyat vasitələri, insan qrupları, işıqfor kimi obyektləri ayırd edən, avtomatik sürət və idarəetmə tənzimləməsini həyata keçirən sistemlə təchiz olunub.