Fərhad Çağtürk / AzEuroNews.com ➤ İstanbul-Köln reysini həyata keçirən Türkiyə Hava Yolları (THY) aid təyyarənin pilotu UNO (Uçan Naməlum Obyekt) görüb. AzEuroNews.com xəbər verir ki, pilot Atilla Şəntürk  uçuş zamanı parlaq bir cismin anidən qarşılarında peyda olduğunu görüb. Çox sürətlə hərəkət edən və dairə formasındakı bu cismi görən pilot mobil telefonu vasitəsi ilə onun videosunu çəkib.

“Belə sürətli bir şey görməmişdim. Bizə çox yaxın idi və parıldayırdı. Mən videosunu çəkəndən 4-5 saniyə sonra anidən yoxa çıxdı”– deyə pilot A.Şəntürk söyləyib.