ABŞ Prezidenti Donald Tramp Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) büdcəsinə Ay və Marsın kəşfiyyatı üçün əlavə 1,6 milyard dollar ayırmağı qərara alıb.

Trend-in məlumatına görə, bu barədə D.Tramp öz “Tvitter” səhifəsində bildirib.

O yazır: “…biz NASA-nın üstünlüyünü bərpa edirik və Aya qayıdırıq, sonra isə Marsa gedəcəyik. Büdcəyə əlavə 1,6 milyard dollar daxil etmək üçün dəyişiklik edirəm ki, biz kosmosa qayıda bilək!”.