Oxucu soruşur:  “”Ausbildunq” edənin yaşamaq izni olmazsa deportasiya təhlükəsi varmı?”

Sualı Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, miqrasiya məsələləri üzrə ekspert, hüquşünas Əlövsət Əliyev cavablandırır.

► “Ausbildung” nədir?

“Ausbildunq” – ixtisasartırma və ya peşə vərdişlərinə yiyələnməkdir. Burada təkcə nəzəri bilikləri artırmaq deyil, həmçinin paralel olaraq oxuduğun ixtisasa uyğun işləmək və təcrübə toplamaq nəzərdə tutulur.

Almaniyada hər il 600.000 nəfər seçdiyi 340 ixtisas üzrə işləməklə yanaşı təhsilini də davam etdirir.

Hesab edirik ki, Almaniyada olan və ya Almaniyaya gəlmək istəyən soydaşlarımız bu qaydadan maksimum faydalanmağa çalışmalıdırlar.