Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF


Fərhad Çağtürk / AzEuroNews.com ➤ Ötən ay Almaniyadan sığınacaq istəyən şəxslərin sayı məlum olub. AzEuroNews.com-un Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) əldə etdiyi məlumata görə, ötən ay idarəyə 12353 nəfərin ərizəsi təqdim edilib. Mart ayı ilə müqayisədə 409 nəfər (3 %) azalma müşahidə edilib. 

BAMF keçən ay 3826 nəfərə qaçqın statusu verib. 4709 nəfərin ərizəsi isə rədd edilib. 609 nəfər isə müxtəlif səbəblərə görə deportasiyadan müdafiə olunub. 

Keçən ay qaçqın statusu üçün ən çox Suriya vətəndaşları müraciət ediblər. Belə ki, BAMF 2857 Suriya vətəndaşının ərizəsini qeydə alıb. Siyahıda ikinci sırada 1068 nəfərlə Nigeriya vətəndaşları, üçüncü sırada isə 1064 nəfərlə İraq vətəndaşları qərarlaşıb.