AzEuroNews.com ➤ Azərbaycanlı həkim Finlandiyanın tanınmış “Meilahti” klinikasının kardioloqu təyin olunub. AzEuroNews.com xəbər verir ki, bu barədə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru və Finlandiya Azərbaycan-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova məlumat verib. Onun sözlərinə görə, Əliyeva Sevda Həsənağa qızı uzun müddətdir Finlandiyada tibb sahəsində fəaliyyət göstərir və dəfələrlə kursları keçib. S.Əliyeva müvafiq imtahanı uğurla başa vuraraq “Meilahti” klinikasının kordioloqu təyin olunub.