Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com


AzEuroNews.com ➤ Azərbaycan Xalq Cümhuriyyətinin 101 yaşı Almnaiyada bayram tədbiri ilə qeyd ediləcək. Bu barədə AzEuroNews.com-a Almaniyada yaşayan jurnalist Tünzalə Rafiqqızı məlumat verib.  Onun sözlərinə görə, bayram tədbiri Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Rheydt şəhərində baş tutacaq.

“Sizi mayın 25-də Almaniya hökumətinin əlaqədar orqanlarının dəstəyi ilə təşkil etdiyimiz, gözəl səsli xanəndəmiz Vüsalə Musayeva və Azərbaycan mədəniyyətinin məharətli təmsilçiləri, sənətkarlarımız Vahid Tarzən, Validə xanım və Müşfiq bəyin ifasında əsrarəngiz konsert proqramına dəvət edirəm. Konsertdə Azərbaycanın milli və müasir musiqisi ilə yanaşı digər xalqların da mədəniyyət incilərindən hazırladığımız musiqi çələngimiz sizə təqdim olunacaq. Azərbaycan gözəli Ülkər Məsimovanın ifasında milli rəqslərimizi izləyəcəksiniz. Şəxsən əllərimizlə hazırladığımız Azərbaycan mətbəxinin təamları qonaqlarımıza təqdim ediləcək. Sürprizlərimiz də olacaq, qaçırnayın. Azərbaycandan gətirdiyimiz, milli dəyərlərimizi əks etdirən, sənətkarlarımızın əl əməyi, göz nuru ilə hazırladığı süvenirlər auksion yolu ilə satışa çıxarılacaq. Gəlin Cümhuriyyətimizin 101 illiyini birgə qeyd edək”-deyə T.Rafiqqızı bildirib.