“Facebook” istifadəçiləri sosial şəbəkənin işində problem yarandığını bildiriblər.

“Report” xəbər verir ki, bu, “Downdetector” portalının məlumatlarından məlum olur.

Portal yazır ki, xidmətin işində nasazlıq Bakı vaxtı ilə 19:16-dan müşahidə olunur. Nasazlıqdan ABŞ, Meksika, Hindistan, Avropa və Moskvadakı istifadəçilər şikayətlənirlər. Onların əksəriyyətində proqram açılmır, həmçinin xəbər lentinin yenilənməsində və sosial şəbəkəyə daxil olmaqda problemlər var.