Yanğın xidməti və “Samsung” şirkəti ABŞ-da “Jeep” avtomobilinin içərisində qalan  Samsung Galaxy Note 7 səbəbindən yanmasının təfərrüatlarını araşdırır.

ABC News telekanalı xəbər verir ki, insident Florida ştatının Sent-Pitersberq şəhərində baş verib. Avtomobil yerli sakinlər Natan Doneçer və onun həyat yoldaşı Lidiyaya məxsus olub. Avtomobilin salonunda cərəyan qurğusuna qoşulmuş smartfon qalıb. Avtomobilin sahibi qayıdanda onun yandığını görüb.

“Samsung” nümayəndəsi ABC News telekanalına bildirib ki, şirkət insidentdən xəbərdardır və həmin işin araşdırılması üzərində işləyir.