“Taxt oyunları” serialının ulduzları Kit Harrinqton və Rouz Lesli arasındakı münasibət xoşbəxt şəkildə davam edir.

Cütlük Nyu Yorkda paparazzilərin kameralarına tuş gəlib. Yolda əl-ələ gəzən Kit və Rouz xoşbəxt olduqlarını açıq-aydın nümayiş etdiriblər.

Bu yaxınlarda “Vogue” jurnalına açıqlama verən K.Harrinqton “Birinə qarşı sevgi hiss edirsinizsə və onunla baş rolda sevgili rolunu oynayırsansa, o zaman onu sevmək çox asan olur” deyə bildirmişdi.

Qeyd edək ki, “Taxt oyunları”nda Kit Harrinqton “Con Snou”, Rouz Lesli isə “Yiqrit” obrazını canlandırıb.

kit-rouz-azeuro-1 kit-rouz-azeuro-2