Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com


AzEuroNews.com ➤ Almaniyada yaşayan azərbaycanlılar Azərbaycan Xalq Cümhuriyyətinin 101 yaşı münasibəti ilə anım yürüşü keçirəcək. Bu barədə AzEuroNews.com-a Müsavat Partiyasının Almaniyanın Şimali Reyn Vestfaliya əyalətindəki özəyinin koordinatoru Çağlar Qasımov məlumat verib. Onun sözlərinə görə, anım yürüş bu dəfə Almaniyanın Dortmund şəhərində keçiriləcək.

Çağlar Qasımov
Çağlar Qasımov

“Anım yürüşü 28 May Respublika Gününə həsr olunub. Bildiyiniz kimi biz hər il Almaniyanın müxtəlif şəhərlərində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı silsilə tədbirlər və aksiyalar keçiririk. Qərara aldıq ki, bu dəfəki anım tədbirimiz yürüş şəklində olsun. Hər kəsi 26 May, saat 13-də, Dortmund (44137) Katharinenstrasse 9 ünvanından başlayacaq “Azərbaycan Cümhuriyyəti” yürüş aksiyamıza dəvət edirəm”– deyə Ç.Qasımov bildirib.