İyun ayında Milli Məclisin növbədənkənar iclasları keçiriləcək.

 Bu barədə “Ölkə.Az”a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən yaz sessiyası may ayının 31-də başa çatır və deputatlar iyunun sonundan sentyabrın 15-də tətilə gedir.

Ancaq zərurət yarandıqda deputatların 3/2-nin imzası ilə iyun ayında növbədənkənar iclaslar keçirilir. Bu il də iyun ayında Milli Məclisin yaz sessiyasının  gündəliyinə daxil olan bir sıra məsələlər tam yekunlaşmadığından və bir sıra məsələlərin müzakirəsi ilə bağlı  iyun ayı ərzində iki iclasın keçirilməsi nəzərdə tutulur.

 Növbədənkənar iclaslarla bağlı əlavə məlumat veriləcək.

Növbədənkənar iclaslarda “2018-ci il büdcəsinin icrası”, “Sahibkarlıq  sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların  maraqlarının müdafiəsi haqqında”, “Kredit İttifaqları haqqında”, Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”,  “Dövlət rüsumu haqqında”, Milli Məclisin daxili Nizamnaməsinin təsdqi edilməsi,  “Büdcə sistemi haqqında”, “banklar haqqında”, “Mühasibat uşıtu haqqında”,  “Bələdiyyələrin fəaliyyətinə nəzarət haqqında” və sair qanunların müzakirəsi gözlənilir.