“İnstagram”-da qeydiyyatdan keçən 50 milyondan artıq insanın şəxsi məlumatları internetə sızdırılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslərin telefon nömrəsi, elektron ünvanı və səhifəsi ilə bağlı özəl məlumatlar açıq bazadadır.

Hazırda “İnstagram” rəhbərliyi sızıntının qarşısını almağa çalışır.