Azərbaycanın Almaniyadakı Səfirliyi
Azərbaycanın Almaniyadakı Səfirliyi

Fərhad Çağtürk / AzEuroNews.com ➤  “Artıq Avropada sənədsiz uşaqların valideynlərinə zənglər edilir və onlar müvafiq sənədləşmə üçün Xarixi İşlər Nazirliyinin konsulluq idarəsinə dəvət olunurlar”. Bunu AzEuroNews.com-a açıqlamasında Almaniyada fəaliyyət göstərən  “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev deyib.

Əlövsət Əliyev
Əlövsət Əliyev

“Bildiyiniz kimi Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə dünyaya gələn lakin, doğulduğu ölkədə uşaqlar haqqında dövlət qeydiyyatı aparılmadan qayıdış şəhadətnaməsi əsasında Azərbaycana qaytarılan uşaqların sənədləşməsindəki problemlər haqqında son bir aydır davamlı yazırıq. Problemin həlli üçün Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə, ASAN Xidmətə həmin ailələrin bir qrupunun adları və əlaqə nömrələrinin əks olunduğu müraciətlər ünvanlamışdıq. Onların hamısından cavab alsaq da, heç birində problemin həlli qaydasının göstərilmədiyini və məsələnin öz aktuallığını saxladığını bildirmişdik”- deyə Ə.Əliyev bildirib.

Sabir Rüstəmxanlı

 
Onun sözlərinə görə, problemin həllinə dəstək üçün bəzi deputatlara, siyasi xadimlərə və QHT rəhbərlərinə də müraciət ediblər: “Müraciətimizə ilk reaksiya xalq şairi, DAK-ın həmsədri Sabir Rüstəmxanlıdan gəldi. O, problemin həlli üçün xarici işlər naziri Elmar Məmmədyarova müraciət etdi. Müraciətdə millət vəkili xaricdə yaşayan həmvətənlərimizin konsulluq qeydiyyatı, uşaqlarının sənədləşdirilməsi və konsulluq xidmətləri sahəsində yaranmış problemlərə diqqət ayrılmasını xahiş etmişdi. Nazir Elmar Məmmədyarovun müdaxiləsindən sonra buzlar əriməyə başlayıb.

Sevindirici haldır ki, artıq sənədsiz uşaqların valideynlərinə zənglər edilir və onlar müvafiq sənədləşmə üçün XİN-in konsulluq idarəsinə dəvət olunurlar”.