Fərhad Çağtürk / AzEuroNews.com ➤ Keçmiş səfir Arif Məmmədov Azərbaycan Naminə Demokratiya (AND) hərəkatından gedib. AzEuroNews.com xəbər verir ki, bu barədə o, “Facebook”da yazaraq məlumat verib.

O, AND hərəkatının həmsədr vəzifəsindən və ümumiyyətlə AND hərəkatından çıxmaq qərarı verdiyini bildirib. Hərəkatın iki illik fəaliyyəti ilə bağlı yazan A.Məmmədov qərarını digər həmsədrlər və üzvlərə demədən açıqladığını vurğulayıb: “Düşündüm ki, öncədən desəm dostlar fikrimi dəyişdirməyə çalışacaqlar. AND-ın daha böyük uğurlarına inanıram. Səmimi olaraq bunu arzulayıram və hər zaman AND-a dəstək verməyə hazıram. Xüsusilə vurğulamaq istərdim ki, nə mənim siyasi baxışlarımda, nədə ki, mövqeyimdə heç bir dəyişiklik yoxdur və ən böyük arzum Azərbaycanın demokratik qüdrətli dövlət olmağına nail olmaqdır. Bu gündən etibarən fəaliyyətimi müstəqil siyasətçi kimi davam edəcəyəm”.

Mövzu ilə bağlı AND hərəkatının qurucularından olan, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid “Facebook”dakı hesabında Arif Məmmədovun istefası ilə bağlı yaxın saatlarda açıqlama verəcəklərini yazıb.