Arif Məmmədov
Arif Məmmədov


Fərhad Çağtürk / AzEuroNews.com ➤ Keçmiş səfir Arif Məmmədov Azərbaycan Naminə Demokratiya (AND) hərəkatından gedib. AzEuroNews.com xəbər verir ki, bu barədə o, “Facebook”da yazaraq məlumat verib. AND hərəkatı onu istefası ilə bağlı açıqlama yayıb. Açıqlamad deyilir: 

“Bu gün sosial şəbəkələrdə AND Hərəkətının həmsədri Arif Məmmədovun Hərəkatdan istefasına dair bəyanatı yayılıb. AND İdarə heyəti bildirir ki, Hərəkat daxilində hər hansısa fikir ayrılığının olmadığı bir dövrdə belə bir bəyanatın verilməsi AND Hərəkatı İdarə Heyəti üçün gözlənilməz olub. AND Hərəkatı ictimai əsaslarla fəaliyyət göstərən bir təşkilatdır. Təşkilata üzvlük könüllülük prinsipinə söykənir. Hörmətli Arif Məmmədovun istefasını anlayışla qarşılayırıq. AND Hərəkatının yaranmasında və inkişafında Arif Məmmədovun xidmətləri əvəzolunmazdır. AND İH olaraq hörmətli Məmmədova hərəkat qarşısındakı xidmətlərinə görə təşəkkür edir və gələcək fəaliyyətində ona uğurlar arzulayırıq. Əlavə olaraq bildiririk ki, Arif Məmmədovla AND Hərəkatının strukturlarında təmsil olunan heç bir şəxs və eləcə də hərəkatın seçkili strukturları arasında fikir ayrılığı, anlaşılmazlıq yoxdur”.

Məlumat üçün bildirək ki, Arif Məmmədov AND hərəkatının həmsədr vəzifəsindən və ümumiyyətlə AND hərəkatından çıxmaq qərarı verdiyini bildirib. Hərəkatın iki illik fəaliyyəti ilə bağlı yazan A.Məmmədov qərarını digər həmsədrlər və üzvlərə demədən açıqladığını vurğulayıb: “Düşündüm ki, öncədən desəm dostlar fikrimi dəyişdirməyə çalışacaqlar. AND-ın daha böyük uğurlarına inanıram. Səmimi olaraq bunu arzulayıram və hər zaman AND-a dəstək verməyə hazıram. Xüsusilə vurğulamaq istərdim ki, nə mənim siyasi baxışlarımda, nədə ki, mövqeyimdə heç bir dəyişiklik yoxdur və ən böyük arzum Azərbaycanın demokratik qüdrətli dövlət olmağına nail olmaqdır. Bu gündən etibarən fəaliyyətimi müstəqil siyasətçi kimi davam edəcəyəm”.