Yevlaxda baş verən yol qəzasında 22 nəfər xəsarət alıb. 

AzEuroNews.com ONA-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. Ölənlərin hər ikisi qadındır. Onlar – 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə və Səadət Məzahir qızı Musayevadır.

Yaralılardan 19 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir.