NATO Krımın Rusiyaya mənsub olmasını qəbul etmir və Moskvanı qoşunlarını yarımadanan çıxartmağa çağırır.

“Qafqazinfo” xəbər verir ki, bu bəyənatla NATO-nun Hərbi Komitəsinin sədri Stüart Piç çıxış edib.

“Alyans Rusiyanın Krımı qeyri-qanuni və ədalətsiz işğal etməsi ilə razı deyil və razı olmayacaq”, – Piç bəyan edib.

Bundan əlavə, Piç Rusiyanı Azov dənizində baş vermiş insidentdən sonra saxlanılan ukraynalı dənizçiləri azad etməyə çağırıb.