Fərhad Çağtürk / AzEuroNews.com ➤Almaniyada 29 may 1993-cü ildə 5 türkün qətlə yetirilməsi ilə nəticələnən irçqi hücumun anıma tədbirinə qadağa qoyulub. AzEuroNews.comxəbər verir ki, türk kökənli Genç ailəsinin qətl edilməsi nin 26-ci ildönümü ilə bağlı anım tədbiri keçirmək istəyənlər qadağa ilə üzləşiblər. Keçən il Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun anım tədbirinə qatılmasını istəməyən yerli bələdiyyə bu il də tədbirə məhdud saytda insanın iştirakı ilə icazə verə biləcəkləri ilə bağlı açıqlama yayıb.

Nəticədə bu hər il anım tədbiri üçün ailənin qətlə yetirildiyi evin önünə toplaşan insanların haqlı narazılığına səbəb olub. 

Bələdiyyədən verilən yazılı açıqlama bildirilib ki, çıxışlar qadağandır. Anım tədbirində yalnız “Gümüş Ayaqqabı” mərasiminə icazə verilir. 

Məlumat üçün bildirək ki, “Solingen faciəsi”  bir qrup irqçi almanın türk kökənli ailənin evinə basqını zamanı baş verib. Evi yağmalayan nasistlər Gürsün İnce, Hatice, Hülya, Saime Genç ile Gülistan Öztürk adlı 4 azyaşlı qızı və bir qadını amansızcasına qətlə yetiriblər. 

Faciədən sonra Genç ailəsinin evi muzeyə çevrilib. Hər il Türkiyə və Avropanın müxtəlif şəhərlərindən yüzlərlə insan bura gələrək anım tədbiri keçirirlər.