Ermənistan Avropa Şurası Parlament Assambleyasının iclasında tənqid olunub.

Bu barədə məlumatı Milli Məclisin Beynəlxalq Əlaqələr və Parlamentlərarası Münasibətlər Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assamblyesındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Tvitter” hesabında paylaşıb. O qeyd edib ki, “demokratik Ermənistan” xülyası yox olur:

“Bugün Parisdə AŞPA büro iclasında Nikol Paşinyanın məhkəmələri blok etmə qərarı avropalıları şoka salmışdır. Əgər Ermənistanın ilk “demokratik” qərarları hamını şoka salırsa, bundan sonra bunlara gəl-gəl deyən avropalıları nə gözləyir?”.