Hindistanın şərqindəki Orissa ştatında avtobusun körpüdən aşması nəticəsində ən az 15 nəfər həlak olub.

RİA Novosti xəbər verir ki, insident nəticəsində 25 nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, qəzaya səbəb ön təkərin şinasının partlaması olub.