Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin baş rolda çəkildiyi “Xalqın xidmətçisi” teleserialına “Youtube” videohostinqi üzərindən izlənməsinə məhdudiyyət qoyulub.

“Qafqazinfo” xəbər verir ki, teleserialın hüquqi sahibi – “Studiya 95”in direktoru Sergey Puşkin “Vedomosti” qəzetinə açıqlmasında bildirib ki, ekran işinə müvəqqəti məhdudiyyət qoyulması hüquqi məsələlərlə bağlıdır.

“Hüquqi məsələlər öz həllini tapan kimi seriala qoyulan məhdudiyyət aradan qaldırılacaq”, – deyə Puşkin vurğulayıb.

O, sözügedən problemin ən qısa vaxt ərzində həll oluncağına ümid etdiyi qeyd edib. Puşkin seriala məhz hansı hüquqi məsələlər üzündən məhdudiyyət qoyulmasını isə dəqiqləşdirməyib.