Foto © pixabay.com
Foto © pixabay.com

AzEuroNews.com   ➤ 451 — Sasanilərlə Qafqaz xalqlarının birləşmiş ordusu arasında Xalxal döyüşü baş verib.

946 — Edred İngiltərənin şahı elan olunub.

1889 — Eyfel qülləsində ilk lift istifadəyə verilib.

1896 — Rusiyanın son çarı II Nikolay taxta çıxıb.

1908 — İranın Məscid Süleyman şəhərində Orta Şərqdə ilk neft yatağı aşkar edilib.

1918 — Gürcüstan Demokratik Respublikası qurulub.

1993 — Azərbaycan Respublikası Madaqaskar ilə diplomatik əlaqələr qurulub.

2006 — İndoneziyada zəlzələ nəticəsində 5700 nəfər ölüb, 200 min nəfər isə öz evlərindən ayrı düşüb.