Fərhad Çağtürk / AzEuroNews.com ➤ “Azərbaycan Hava Yolları”nın  (AZAL) xanım işçisi sərnişinin xarici pasportunun sürətini “facebook”da paylaşaraq təhqir edib. AzEuroNews.com xəbər verir ki, “AZAL”ın Nazilə Muradova adlı işçisinin bu hərəkəti birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri “AZAL” işçilərinin şəxsi məlumatları açıq şəkildə sosial şəbəkələrdə paylaşmalarını pisləyiblər. Onlar qeyd ediblər ki, artıq bu kimi dövlət qurumlarına etibar etmək düzgün deyil. 

N.Muradova bundan sonra həmin paylaşımı silib. Eyni zamanda şəxsi məlumatlarında “AZAL”ın işçisi olması ilə bağlı qeydi də bağlayıb.

Məsələ ilə bağlı “AZAL”la əlaqə saxlasaq da, suallarımız cavabsız qalıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.