Fərhad Çağtürk / AzEuroNews.com ➤  “Almaniyada dərmanlar ən yüksək keyfiyyətə malikdir” fikri Almaniyaya səyahət edən hər kəsi düşündürür. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, turistlərin alış-veriş siyahılarında suvenirlərlə yanaşı, dərmanlar da yer alır. Almaniyada yaşayanlara və ya Almaniyaya səyahət edənlərə, qohumları və dostları tez-tez müxtəlif dərmanların gətirilməsini xahiş edirlər. Belə bir vəziyyətdə Almaniyadan hansı dərmanların çıxarılmasının mümkünlüyü ilə maraqlananlar üçün bəzi məsləhətlərimiz var.

Almaniyada dərmanların ixracına qoyulan məhdudiyyət, idxalla müqayisədə daha sərtdir. Belə ki, dərman pereparatları və vasitələri haqqında Qanuna (AMG) görə ,fiziki şəxslər yalnız müvafiq lisenzyiyaya malik olduqları halda ölkəyə dərman gətirə bilər. Beləliklə, digər ölkələrdə sərbəst şəkildə satılan bəzi dərmanlar Almaniyada qadağan olunmuş dərmanlar siyahısına düşə bilər.

Diyeta ilə bağlı olan və homeopatik müalicə vasitələrinə xüsusilə diqqətlə yanaşmaq tövsiyyə olunur. Sərhəddə problem yaşamamaq üçün, səfərdən əvvəl Almaniyada hansı dərmanı ala biləcəyinizi öyrənməlisiniz. Bu barədə Alman Gömrük Xidmətinin veb saytından (alman kömrük xiddmətinin saytı İngilis və Fransız dillərində də) sizə lazım olan məlumatı əldə edə bilərsiniz.

Əgər Almaniyada satılmayan bir dərmana ehtiyacınız varsa, gömrük orqanlarının mətbuat xidməti, bu halda resept üçün bir doktora müraciət etməyi tövsiyyə edir. Bundan sonra dərman artıq almaniyalı əczaçılar tərəfindən sifariş veriləcək.

Dərman qəbul edən şəxslər Almaniyaya gələrkən ölkədə qalma müddətini nəzərə alaraq ehtiyacı olduğu qədər özü ilə dərman gətirə bilər. Gətirilən dərmanın harada istehsal olunduğunun heç bir fərqi yoxdur. 
Gömrük orqanları dərmanın miqdarı ilə ölkədə qalacağınız müddəti müqayisələndirə bilər. Yanlış anlaşılmazlıq olmasın deyə, dərmanı zavod paketlərində və təlimatlarla uygun qablaşdırın.

Almaq problem olmasa Almaniyadan dərman pereparatlarının aparılmasına ciddi nəzarət mövcud deyil. Bu səbəbdən demək olar ki, istənilən dərmanı istənilən miqdarda aparmaq olar. Bu həm reseptlə satılan dərmanlara, həm də azad satışda mövcud olan dərmanlara aiddir. Məsələn, şox populyarlıq qazanmış və çox yaxşı satılan Alman vitaminləri. Onları yalnız apteklərdə deyil, həmçinin “Müller” və ya “DM “kimi mağazalardan da əldə etmək mümükündür. Soyuqdəymə, öskürək əleyhinə dərmanları, ağrıkəsiciləri və s. də həmin mağazalarda tapmaq olar.
Eyni zamanda uşaqlar üçün bitkimənşəli bütün vitaminləri də tapmaq mümükündür.

➤  Alman apteklərində hansı dərmanları almaq olar?


Bütün bunlara baxmayaraq güclü təsirə malik dərmanları əldə edmək çox mürəkkəb prosesdir. Hansısa aptekdə güclü təsirə malik dərmanların alınması üçün mütləq resept lazımdır. Hətta təqdim olunan resept hansısa Avropa Birliyi ölkəsində verilməyibsə, satıcı asanlıqla dərmanı satmaqdan imtina edə bilər. 
Müxtəlif formlarda aparılan müzakirələrdə tövsiyyə olunur ki, problem yaranarsa türkdilli və ya rusdilli həkimlərə müraciət olunmalıdır. Beləliklə, alman həkimləri üçün müəyyən edilmiş blankda tələb olunan resept yazdırmaq olur. Lakin buna həmişə nail olmaq mümükün deyil. Çünki bu halda həkimin qəbuluna düşmək üçün də müəyyən məbləğdə ödəniş edilməsi zərurəti yaranır ki, bu da qiymətin artmasına səbəb olur.

Almaniyadan dərmanların aparılması qaydaları haqqında müxtəlif fikirlər mövcuddur. Belə ki, sifarişlə bir neçə paket daşıyanlar, gömrükdə şübhə doğurmamaq üçün onları təyyarənin yük yerinə verməyin daha uyğun olduğunu məsləhət görürlər. Ancaq gömrük orqanlarının əməkdaşları KİV-lərə açıqlamalarında , dərmanları əl yükü olaraq aparmağı məsləhət görür.

Almaniyadan aparılan dərmanların tərkibinə də mütləq diqqət yetirilməlidir. Bəziləri digər ölkələrdə qadağan edilən narkotik tərkibli dərmanları aparır ki, bu da onlara ciddi problemlər yaradır. Belə ki, Almaniyada narkotik tərkibli dərmanların ixracı ilə əlaqədar məhdudiyyət də mövcuddur. Bəzi ərəb ölkələrində öskürək əleyhinə şərbət və bəzi ağrı kəsicilər tərkibində olan narkotikə görə qadağan edilib.