Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Keçikçi Dağı Məbəd-Kompleksi ilə bağlı Gürcüstan və Azərbaycan arasında aparılan danışıqlarda moderatorluq etməyə hazır olduğunu bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsindəki canlı yayımda deyib.

M.Saakaşvili vurğulayıb ki, məsələnin yeganə həll yolu fəal danışıqlardır: “Hər iki tərəf bir-birinin maraqlarını nəzərə almalıdır”.