AzEuroNews.com ➤  Almaniyanın Münhenqladbax şəhərində hazırda orda yaşayan jurnalist Tünzalə Rafiqqızı və xanəndə Vüsalə Musayevanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

AzEuroNews.com xəbər verir ki,  Türkiyə, Rusiya və İranın icma nümayəndələrinin də qatıldığı tədbir böyük coşğu və ruh yüksəkliyi ilə qarşılanıb.

Gecədə istedadlı musiqiçilər Müşviq bəy , Vahid bəy və Validə xanımın müşayəti ilə konsert proqamı təqdim edilib. Rəqqasə Ülkər Məsimovanın ifasında milli rəqslərimiz təqdim olunub.

Azərbaycan musiqisi ilə yanaşı, iştirakçıların milli mənsubiyyətinə uyğun olaraq türk, italyan, fars, rus müsiqilərindən də nümünələr səsləndirən Vüsalə Musayevanın çıxışı isə xüsusi coşğu ilə qarşılanıb. Eyni zamanda milli ornomentlərlə bəzədilmiş salon qonaqların diqqətini cəlb edib.

Daha sonra Münhenqladbax şəhər xorunun rəhbəri kimi təqdim olunan Azər Hoca və dostlarının ifasında türk musiqisindən nümünələr səsləndirilib.

Tədbir “Yaşa, yaşa, min yaşa, ey şanlı Azərbaycan” şüarı ilə yekunlaşıb.